Valyuta məzənnəsi haqqında müqavilə

Exchange rate agreement Törəmə valyuta maliyyə aləti olmaqla, xarici valyutanın mübadilə məzənnəsi üzrə razılaşmadır. Bu razılaşmaya görə ödəniş spot dərəcəsi ilə deyil, iki forvard məzənnəsi üzrə fərqə əsaslanır (məsələn, 3 aylıq və 6 aylıq forvard məzənnələri arasında fərq).
Valyuta kotirovkası
Valyuta məzənnəsinin fiksə edilməsi
OBASTAN VİKİ
Valyuta məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. == Valyuta kotirovkası == İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi == Mübadilə məzənnəsinin növləri == a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Effektiv valyuta məzənnəsi
Üzən valyuta məzənnəsi
Üzən valyuta məzənnəsi (ing. floating exchange rate) — valyutanın dəyərinin valyuta bazarının təsiri ilə dəyişməsinə icazə verilən valyuta kursu rejimi. Üzən kursdan istifadə edən valyutalar üzən valyuta adlandırılır. Təsbit edilmiş məzənnə rejimində mərkəzi bank tədiyə balansının tarazsızlığını maliyyələşdirmək üçün tələb olunan miqdarda xarici valyutanı təmin etməlidir. Çevik (üzən) məzənnə rejimində isə mərkəzi bank əksinə, xarici valyutaya olan tələb-təklifi tarazlaşdırmaq məqsədilə məzənnənin dəyişməsinə imkan verir. Əgər dolların yenə nəzərən məzənnəsi 0.86 sentə bərabərdirsə və Yaponiyanm ABŞ-yə ixracı artırsa, bu, amerikanların yapon ixracatçılarına daha çox ödəniş etmələrini tələb edir. Yaponiya Mərkəzi Bankı prosesə müdaxilə etmir və məzənnə öz-özünü tənzimləyir. Bu nümunədə məzənnə 0.86-dan 0.90-dək dəyişir və yapon məhsullarını dollar ifadəsində bahalaşdırır, amerikan istehlakçıları üçün onu daha az cəlbedici edir. Çevik məzənnə və üzən məzənnə qarşılıqlı əvəz oluna bilən anlayışlar kimi istifadə olunur.Üzən məzənnə rejimi də özlüyündə iki yerə bölünür:"Təmiz" və "Çirkli" “Təmiz” üzən məzənnə rejimində mərkəzi bank valyuta bazarında iştirak etmir və məzənnə bazar tərəfindən müəyyən olunur. Bu rejimdə mərkəzi banklar heç bir müdaxilə həyata keçirmədiklərinə görə rəsmi valyuta əməliyyatları müvafiq olaraq sıfıra bərabər olur.
Avropa Birliyi haqqında Müqavilə
Maastrixt sazişi — Avropa Birliyinın yaranmasını şərtləndirən saziş. 7 fevral, 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanmişdır. Saziş 1993-cü ilin 1 noyabr tarixində qüvvəyə minmişdir. Sənəd özündə Avropa ölkələrinin pul və siyası sistemlərinin tənzimlənməsini əks etdirir. Bu sazişə əsasən Avropa İttifaqının pul-kredit siyasətindən irəli gələn məsuliyyət və öhdəçiliklər Avropa Mərkəzi Bankı və Avropa Birliyinə üzv ölkələrin milli mərkəzi bankaları nəzdində yaradılmış Mərkəzi Bankların Avropa Sisteminə həvalə edilir. Maastrixt sazişi Avropa İttifaqı ölkələrinin vahid valyutaya-avroya keçidini tələb edir və birliyin üç əsas prinsipini müəyyənləşdirir; birliyin iqtisadi-sosial siyasəti, beynəlxalq münasibətlər və təhlükəsizlik, nəhayət ədliyyə və daxili işlər. Sazişin ratifikasiyası bir sıra üzv ölkələrdə müqavimətlə rastlaşmışdır. Fransada keçirilən referendumda fransızların yalnız 51.05%-i sənədin qəbulunun lehinə səs verir.Danimarka isə sənədin ilkin xülasəsinin qəbulundan imtina edir. Böyük Britaniyada isə saziş minimal səs üstünlüyü ilə təsdiqlənir. Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhə- lələrlə yaradılmasını nəzərdə tuturdu.
Dəniz dibi haqqında müqavilə
Dənizlərin və okeanların dibində və onların dərinliklərində nüvə silahlarının və digər kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müqavilə (ing. Treaty on the Prohibition of the Emplacement of Nuclear Weapons and Other Weapons of Mass Destruction on the Sea-Bed and the Ocean Floor and in the Subsoil thereof), həmçinin Dəniz dibi haqqında müqavilə kimi tanınır (ing. Seabed Treaty) və ya Dəniz dibinfə silahların nəzarəti müqaviləsi (ing.
Müqavilə
Müqavilə — hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmanın şərtlərinin qanunları. == Sahibkarlıq müqaviləsi == Müqavilə — İki təşkilat arasında aparılan işlərin razılığıdır. Mülki hüquqda – iki və ya bir neçə şəxsin (vətəndaşların və ya hüquqi şəxslərin) mülki hüquq və vəzifələrinin müəyyən edilməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş saziş. İştirakçıların sayından asılı olaraq müqavilə ikitərəfli və çoxtərəfli olur. Müqaviləyə görə bir tərəf üçün yalnız hüquq, digər tərəf üçün isə yalnız öhdəlik yarandıqda müqavilə birtərəfli (məs. Borc müqaviləsi), hər iki tərəf üçün həm hüquq, həm də öhdəlik yarandığı halda müqavilə ikitərəfli (məs. Alqı-satqı müqaviləsi, daşınma müqaviləsi) adlanır. === Alqı-satqı === Alqı-satqı- əmtəələrin (xidmətlərin) alqı-satqısı ölkə daxilində və beynəlxalq kommersiya fəaliyyətində ən geniş yayılmış təssərüfat əlaqələri formalarından biridir. Azərbaycan kommersantları üçün alqı-satqı müqavilələrinin həyata keçirilməsinın normativ bazası Azərbaycan Respublikası Mülki Məcəlləsidir. Alqı-satqı müqaviləsi öhdəlik hüququ yarımsahəsinin ən geniş hüquq tənzimlənməyə məruz qalan müqavilələrindən biridir.
Mübadilə məzənnəsi
Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti. == Valyuta kotirovkası == İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur: 1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları; 2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi == Mübadilə məzənnəsinin növləri == a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə; b.
Valyuta
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi. Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər.
Laosun neytrallığı haqqında beynəlxalq müqavilə
Laosun neytrallığı haqqında beynəlxalq müqavilə — 23 iyul 1962-ci ildə Cenevrədə Laos məsələsinin həlli üzrə 16 may 1961-ci ildən davam edən beynəlxalq konfransın nəticəsi olaraq 14 dövlət, o cümlədən Laos tərəfindən imzalanmış beynəlxalq müqavilə. Birma İttifaqı, Kamboca, Kanada, Çin Xalq Respublikası, Vyetnam Demokratik Respublikası, Fransa, Hindistan, Polşa Xalq Respublikası, Vyetnam Respublikası, Tailand, Sovet İttifaqı, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları bəyannaməni imzalamışdılar. O və Laos Kral Hökumətinin 9 iyul 1962-ci il tarixli neytrallıq haqqında bəyannaməsi imzalandığı tarixdə beynəlxalq müqavilə kimi qüvvəyə minmişdir. == İstinadlar == == Xarici keçidlər == Declaration on the Neutrality of Laos.
Nüvə silahlarının yayılmaması haqqında müqavilə
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (ing. Treaty on the Non-Proliferation of Nuclear Weapons) — məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilə. 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.
Nüvə silahlarının yayılması haqqında müqavilə
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (ing. Treaty on the Non-Proliferation of Nuclear Weapons) — məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilə. 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.
Avropada adi silahlı qüvvələr haqqında Müqavilə
Avropada adi silahlı qüvvələr haqqında Müqavilə (AASQHM) — Avropada adi silahların məhdudlaşdırılması müqaviləsi. "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir. Postsovet məkanı ölkələri arasında Rusiya bu anlaşmanı 1992-ci ildə ratifikasiya etsə də, müqaviləyə əməl etməmişdir. 2007-ci ilin aprelin 26-da isə Moskva AASMM-dəki iştirakına və bu müqavilənin şərtlərinə əməl olunmasına birtərəfli moratorium tətbiq etmişdir. Latviya, Litva və Estoniya isə ümumiyyətlə, AASMM-ə qoşulmayacaqlarını bəyan etdilər. AASMM-in şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilər. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. Azərbaycan AASMM-i imzaladı və proses ratifikasiya mərhələsinə qədər yüksəldi. Lakin Dağlıq Qarabağ münaqişəsi və ərazilərinin bir hissəsinin erməni işğalında olması ilə əlaqədar rəsmi Bakı müdafiə potensialı ilə bahəm, döyüş hazırlığı səviyyəsini sürəkli olaraq yüksək səviyyədə saxlamaq məcburiyyətində qaldığından, bununla bağlı üzv dövlətlərə, sonra da NATO-ya dəfələrlə müraciət etmişdir.
Beynəlxalq müqavilə
Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir. == Beynəlxalq müqavilədə tərəflər == 1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır.
Müqavilə nəzəriyyəsi
Müqavilə nəzəriyyəsi (ing. Contract theory) — müasir iqtisadi nəzəriyyənin (bir qayda olaraq) asimmetrik məlumat şəraitində iqtisadi subyektlər tərəfindən müqavilə parametrlərinin müəyyənləşdirilməsini nəzərdən keçirən bölməsi. Müqavilə nəzəriyyəsi mikroiqtisadiyyatındakı standart təcrübə müəyyən ədədi kommunal strukturlar üçün qərar qəbul edən şəxsin davranışını təmsil etmək və daha sonra optimal qərarları təyin etmək üçün optimallaşdırma alqoritmi tətbiq etməkdir. Bu prosedur, mənəvi təhlükə, mənfi seçim və siqnal kimi təyin olunan bir neçə tipik vəziyyət üçün müqavilə nəzəriyyəsi çərçivəsində istifadə edilmişdir. Bu modellərin mahiyyəti, agentləri sığorta müqaviləsi altında da uyğun hərəkətlərə vadar etmək üçün nəzəri yolları tapmaqdır. Bu model ailəsi ilə əldə edilən əsas nəticələrə aşağıdakılar daxildir: əsas və agentin faydalı quruluşunun riyazi xüsusiyyətləri, fərziyyələrin rahatlaması və müqavilə əlaqələrinin müvəqqəti quruluşundakı dəyişikliklər və digərləri. Gözlənilən fayda nəzəriyyəsinə uyğun olaraq bəzi fon Neymann-Morgenştern kommunal funksiyalarının maksimumlaşdırıcıları kimi insanları modelləşdirmək adətdir. == Agentlik problemlərinin əsas modelləri == === Mənəvi ziyan === Əxlaqi təhlükə modellərində məlumat asimmetriyası, agentin bir agentin hərəkətlərini müşahidə edə və ya yoxlaya bilməməsidir. Müşahidə oluna bilən və yoxlanıla bilən məhsuldan asılı olan nəticələrə əsaslanan müqavilələr çox vaxt agentin əsas şəxsin mənafeyi naminə hərəkət etməsi üçün stimul yaratmaq üçün istifadə edilə bilər. Bununla birlikdə, agentlər riskə qarşı olduqda, bu cür müqavilələr yalnız ikinci səviyyədən daha aşağı olur, çünki stimullar tam sığortanı istisna edir .
Sosial müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo, Tomas Hobbs və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
Türkmənçay (müqavilə)
Türkmənçay sülh müqaviləsi (rusca:Туркманчайский договор, farsca:عهدنامه ترکمانچای) — Qacarlar sülaləsi ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 1828-ci ilin 10 fevral tarixində Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran, İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırkı Ermənistanın ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi. Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf Əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Paskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlər ilə razılaşmasa, Çar qoşunları Tehranı tutacaqdır. Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması nəticəsində Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını başa çatdırdı. Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olmaqla, bir də 1991-ci ildə müstəqil oldu.
İctimai müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo, Tomas Hobbs və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
Şeytanla müqavilə
Şeyanla müqavilə — orta əsrlər və müasir dövrlərdə Qərbdə kifayət qədər geniş yayılmış mədəni motiv. Ən məşhur nümunə İohann Faust və Mefistofelin "sövdələşməsi"dir, lakin bir çox başqa hekayələrdə də rast gəlinir. Xristianların cadugərliyə olan ənənəvi inancına görə, insanla şeytan və ya hər hansı digər cin (yaxud cinlər) arasında akt zamanı insan İblisin xidmətləri müqabilində öz ruhunu təklif edir. İblisin xidmətləri konkret hekayədən asılı olaraq dəyişir, lakin ümumilikdə buraya gənclik, bilik, zənginlik və hakimiyyət daxildir. Həmçinin hesab olunurdu ki, bəzi insanlar nəyinsə əvəzində deyil, İblisin öz ağası kimi tanınmasının əlaməti olaraq bu növ müqaviləyə girirlər. Hekayənin mənəvi sonluğu ola bilər - ağılsız insan əbədi lənətə düçar olur. Tarixdə istənilən “fövqəlbəşər” nailiyyət şeytanla sövdələşmələrə aid edilə bilər – bütün Avropaya səpələnmiş “Şeytan körpüləri”ndən tutmuş Tartini və Paqanininin mükəmməl skripka çalma texnikasına qədər. Hazırda internetdə insanlara şeytana “ruhunu satmağı” təklif edən saytlar var. == Demonologiyada == Orta əsrlərdə belə hesab edilirdi ki, müqavilə bağlayan şəxs cinlərə uşaqları öldürməyi və ya doğuş anında onları şeytana həsr etməyi, cinlərlə cinsi əlaqədə olmağı vəd edir (Orta əsrlərdə və İntibah dövründə bir çox mamaçalar bu işdə günahlandırılırdılar.) Müqavilə şifahi və ya yazılı ola bilər. Şifahi müqavilə cinləri cəlb etmək üçün çağırış, sehr və ya ritual yolu ilə edilir; soruşan adam cinin varlığına inandıqdan sonra özü üçün müəyyən kömək istəyir və əvəzində canını təqdim edir; müqaviləyə dair heç bir dəlil qalmayıb, lakin inkvizisiya tərəfindən təşkil edilən bəzi cadugər sınaqlarında hətta şifahi razılaşma da sübut qoyur, yəni şeytanın işarəsi, müqaviləni möhürləmək üçün işarələnmiş şəxslərə şeytan tərəfindən toxunduğu silinməz iz.
Noqata (valyuta)
Noqata (rus. Ногата) — Kiyev Rus dövlətinin pul sistemi vahidlərindən biri. X əsrdə daha keyfiyyətli dirhəmləri keyfiyyətsiz dirhəmlərdən fərqləndirmək məqsədilə yaradılmışdır. XI əsrdə Noqata 1/20 qrivnaya və 1,25 kunaya (XII əsrdə 2,5 kunaya) bərabər idi. Noqata adı pul ifadəsi kimi XV əsrin axırlarınadək saxlanılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ногата // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Словарь нумизмата.
Regional valyuta
Regional valyuta (ing. Local currency, alm. Regionalgeld‎, fr. Monnaie locale) — yerli hakimiyyət orqanları, ticarət-sənaye, aqrar, maliyyə, həmçinin özəl şəxs tərəfindən ödəniş və investisiya vasitəsi kimi qəbul edilmiş reginal pul vahidi. Regional valyuta ABŞ, Kanada, Avstriya, Böyük Britaniya və s. ölkələrdə istifadə edilir. == Qalereya == == Ədəbiyyat == Margrit Kennedy, Bernard A. Lietaer: Regionalwährungen. Riemann, München 2004. ISBN 3-570-50052-7. Mathias Weis, Heiko Spitzeck: Der Geldkomplex.
Valyuta bazarı
Valyuta bazarı ("Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı", "Foreks"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı. Fərqli ölkələrin valyutalarının alınıb-satıldığı qlobal bir maliyyə bazarıdır. Bu bazar dünyada ən böyük və ən likvid maliyyə bazarıdır, gündəlik ticarət həcmi trilyonlarla dolları keçir.Valyuta bazarı həm fiziki, həm də virtual şəkildə fəaliyyət göstərir və əsasən valyutaların məzənnələrindən qazanc əldə etməyə yönəlib. Valyuta bazarı beynəlxalq maliyyə sistemində mühüm yer tutur və həm iqtisadi sabitlik, həm də spekulyativ qazanc üçün geniş imkanlar təqdim edir. Bu bazar, ticarət və investisiya ilə məşğul olanlar üçün çox vacib bir platformadır. == Xüsusiyyətləri == Valyuta bazarı dünyanın hər yerində fəaliyyət göstərir və ticarət 24 saat davam edir (bazarda fasiləsiz əməliyyat ABŞ, Avropa və Asiya bazarları arasında baş verir). Yüksək likvidlik sayəsində böyük məbləğlərdə əməliyyatlar sürətli şəkildə həyata keçirilə bilər. Valyuta bazarı mərkəzləşdirilmiş bir yer deyil; əməliyyatlar elektron platformalar vasitəsilə qlobal şəbəkədə baş verir.Mərkəzi banklar, kommersiya bankları, investisiya fondları, korporasiyalar və fərdi treyderlər valyuta bazarının əsas iştirakçılarıdır. == Elementləri == Valyuta bazarında əməliyyatlar həmişə bir valyutanın digərinə nisbətində aparılır.
Valyuta dəhlizi
Valyuta dəhlizi — valyuta məzənnəsinə dövlət və maliyyə institutlarının inzibati təsiri şəraitində çevik və qabaqcadan məlum olan valyuta məzənnəsi. Maliyyə-iqtisadi vəziyyətin sabitliyini pozan böhran hadisələrinin qarşısını almaq məqsədi ilə müəyyən olunur. İqtisadi inkişafın mənfi meyillərini yumşaldan təbii amillərin zəifləməsi zamanı valyuta dəhlizinin tətbiqi məqsədəuyğundur. Valyuta dəhlizinin fəaliyyət göstərmə mexanizmi ondan ibarətdir ki, valyuta məzənnəsinin nəzarət olunan dəyişməsi iqtisadi vəziyyətdəki real dəyişikliklərə uyğun olaraq baş verir. Lakin valyutaların məzənnə nisbətlərinin dəyişməsi prosesi birja sessiyaları zamanı görünməmiş (bəzən müzaidənin iştirakçıları tərəfindən qəsdən törədilən) hərəkətlərin təsirinə məruz qalmır. Başqa sözlə, məzənnə nisbətlərinin dəyişməsi və valyuta məzənnəsinin müəyyən edilməsi yalnız ciddi məhdudlaşdırılmış və normativ-hüquqi aktlarla möhkəmlənmiş hədlərdə tərəddüd edə bilər. Mahiyyətcə valyuta dəhlizinin tətbiqi iqtisadiyyatda real dəyişikliklərə uyğun olaraq valyutaların məzənnə nisbətlərindəki üzən və əvvəlcədən bilinən dəyişikliklərin zəruriliyinin hökumət tərəfindən qəbul və eyni zamanda məzənnələrin əsaslandırılmayan artması, yaxud azalması hesabma möhtəkirlik əməliyyatlarının (və müvafiq olaraq mənfəətin) həyata keçirilməsi imkanının kəsişməsi deməkdir. Valyuta dəhlizi iqtisadi vəziyyəti tam dəqiqləşdirməyə və deməli, xarici iqtisadi əməliyyatların aparılması zamanı riski azaltmağa imkan verir. Bu, bütövlükdə bütün iqtisadiyyat üçün kifayət qədər ciddi sabitləşdirici amildir. Lakin bu amil o vaxta qədər müsbət hesab oluna bilər ki, valyuta dəhlizinin fəaliyyət göstərməsi nəticələri işin real vəziyyətinə uyğun gəlir.
Valyuta işarələri
Valyuta işarəsi və ya simvolu — pul vahidi adının qısa işarə olunması. Bu hərf, hərf birləşməsi, heroqlif, heca, xüsusi işarə və ya simvol şəklində göstərilə bilər. Bundan başqa onu təsvir etmək üçün qrafem, qrafik qısaltmalar, abbreviatura (hərf kodu şəklində daxil olmaqla), şərti hərf nişanları və həmçinin onların kombinasiya növlərindən istifadə olunur. Hətta bütöv bir söz valyuta işarəsi kimi istifadə edilə bilər. Həmçinin "Valyuta işarələri (simovlları)" müəyyən Unicode standartı qrafeminin (¤) adıdır, hansı ki bəzən bütöv oxşar simvol qrupu üçün emblem kimi istifadə olunur. "Valyuta simvolları" (ing. Currency Symbols) — 20A0-20CF aralığında yerləşən və bəzi valyutaların yığcam təsvirlərini özündə cəmləşdirən Unicode standartında tipoqrafik işarə qrupunun adı. Bir sıra səbəblərə görə standartın digər qruplarına aid olunan işarələrlə birlikdə onlar "Valyuta Simvolu" kateqoriyasını təşkil edirlər, hansına ki standartın 8-ci versiyasının dərcində 53 qrafem (qədim simvolları saymadan) daxil idi, baxmayaraq ki, əslində dünyada daha çox valyuta simvolu mövcuddur. Valyuta işarələri çox vaxt unikal olmur, eyni simvol bir neçə valyutanı təsvir etmək üçün istifadə olunur. Eyni zamanda, bəzi pul vahidlərinin ümumiyyətlə xüsusi simvol yoxdur və onları göstərmək üçün sadə qısaltmalardan istifadə olunur.
Valyuta müdaxiləsi
Valyuta riskləri
Valyuta riskləri (ing. exchange rate exposure) — xarici ticarət, kredit, valyuta əməliyyatları, fond və əmtəə birjalarında əməliyyatlar aparılarkən xarici valyutanın milli valyutaya nisbətən məzənnəsinin dəyişməsi ilə əlaqədar valyuta itkiləri təhlükəsi. == Valyuta risk amilləri == Bu təhlükə açıq valyuta mövqeyi olduqda yaranır. İxracatçılar və idxalatçılar üçün valyuta riskləri, qiymət valyutası onlar üçün xarici valyuta olduğu halda yaranır. Onlar kontraktın bağlanması ilə kontrakt üzrə ödəniş arasındakı müddətdə maddi itkiyə məruz qala bilərlər. Lakin məzənnələr əks istiqamətdə dəyişdikdə ixracatçılar və idxalatçılar ziyana düşür. Əgər borcluların borcu və kreditorların krediti başqa ölkələrin valyutası şəklində ifadə edilmişdirsə, borclular və kreditorlar, xarici valyuta şəklində avuarlann saxlayıcılan, dövlət təşkilatlan və banklar, eləcə də ölkələrin rəsmi valyuta ehtiyatlan valyuta risklərinə məruz qala bilərlər. Ölkələrin valyuta risklərindən müdafiə vasitəsi, ilk növbədə, forvard kontraktlan və svoplar haqqında sazişlərdir. Valyuta risklərini minimallaşdırmağın əsas istiqamətləri: tədiyə valyutası kimi milli valyutadan istifadəsi, müqaviləyə valyuta məzənnəsinin dəyişməsindən asılı olaraq pul öhdəliklərinin dəyişməsi haqqında şərtlər daxil edilməsi, valyuta fyuçerslərinin köməyi ilə hecirləmə. == Valyuta risklərinin növləri == Valyuta risklərinin üç növü fərqləndirilir: === İqtisadi risk === Gələcəkdə valyuta məzənnəsinin dəyişməsi nəticəsində aktivlərin və passivlərin dəyəri dəyişə bilər.